İdman

Messi Ronaldudan 2 dəfə çox maaş alacaq

PSJ-nin argentinalı ulduzu Lionel Messinin “Barselona”ya yox, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçəcəyi barədə informasiyalar səngimir.

Fanat.az xəbər verir ki, bu haqda son məlumatı “The Telegraph” yayıb.

Xəbərə görə, 35 futbolçunun atası hazırda ərəblərlə danışıq aparır. Mənbə danışıqlarda “Mançester Siti”nin sabiq direktoru Harri Kukun da iştirak etdiyini vurğulayıb. Yazılanlara inansaq, cari mövsümün sonunda Fransa nəhəngi ilə müqaviləsinin müddəti başa çatacaq Messi “Əl-Hilal”a qoşulacağı təqdirdə, illik 400 milyon avro məvacib alacaq. Bu hazırda digər Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”in formasını geyinən Kriştianu Ronaldunun illik maaşından iki dəfə çoxdur.

Bənzər yazılar

Back to top button