Dünya

ABŞ Ukraynaya 300 milyon dollar əlavə silah göndərib

Çərşənbə günü Bayden administrasiyası Ukrayna ordusunun gözlənilən əks-hücumdan əvvəl Ukraynaya əhəmiyyətli miqdarda artilleriya və minaatan mərmiləri də daxil olmaqla, daha 300 milyon dollarlıq hərbi yardım göndərəcəyini açıqlayıb, Turan-ın müxbiri xəbər verir.

“Biz ukraynalı tərəfdaşlarımızı Rusiyanın təcavüzünə qarşı mübarizədə dəstəkləməyə davam edəcəyik”, – Dövlət katibi Entoni Blinken, deyib.

Rusiya çərşənbə günü Ukraynanın gecə dronlarla Kremlə zərbə endirməsini deyib. Kiyev isə bunu inkar edir , Vaşinqton isə bunu təsdiq etmir.

Blinken bildirib ki, o, Kremldən gələn hər şeyi “çox böyük şübhə ilə” qəbul edir.

Ən son yardım paketinə aşağıdakılar daxildir: HİMARS üçün raketlər, haubitsalar, artilleriya və tank mərmiləri, tank əleyhinə silahlar, raketlər, atıcı silahlar və döyüş sursatları, ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular, ehtiyat hissələri və digər sahə texnikası.

Bənzər yazılar

Back to top button