Dünya

Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin Lvovdakı görüşdə ondan nə xahiş etdiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə səfərdən geri dönərkən jurnalistlərin suallarını cavablandıran zaman danışıb.

“Zaporojye mövzusu, həqiqətən də, təsadüfi bir mövzu deyil. Hazırda Ukraynanın bu sahədə effektiv və bacarıqlı kadrları oradadır.

Zelenski bizdən bunu xüsusi olaraq istədi: Rusiyanın buradakı bütün minaları və buna bənzər məhsulları çıxarması və bu məsələnin tez bir zamanda qorxulu vəziyyət almaqdan çıxması. “Çernobılı yaşamaq istəmirik” deyəndə bir az da bunu nəzərdə tutmuşdum. Biz bu məsələni cənab Putinlə müzakirə edəcəyik və ondan bunu xüsusilə xahiş edəcəyik ki, Rusiya bu məsələdə dünya sülhü üçün mühüm addım kimi üzərinə düşəni etsin. Ukraynanın Zaporojyada həm öz texniki heyəti, həm də öz əsgərləri var. Onlar bu texniki heyət və əsgərlərlə yeri mühafizə altına alıblar”, – Ərdoğan bildirib.

Bənzər yazılar

Back to top button