Dünya

AB-nin şimal cinahı Ukraynaya dəstəyi gücləndirdi

Ukrayna və beş şimal ölkəsinin liderləri mayın 3-də Helsinki sammitinin yekunlarına dair birgə bəyanat yayaraq, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü qətiyyətlə pislədiklərini təsdiqləyiblər.

Bəyanatda Rusiyaya bütün silahlı qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dərhal, tamamilə və qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmağa çağırılır.

İskandinav ölkələri də Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini ifadə edirlər və 2022-ci ilin fevralından bəri ümumilikdə 4,4 milyard avro dəyərində əhəmiyyətli siyasi, maliyyə, humanitar və hərbi dəstək göstərmişlər.

Bəyanatda Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə əsaslanan ədalətli və davamlı sülh yaratmaq təşəbbüsü də dəstəklənir.

Liderlər, müharibə cinayətləri və digər vəhşiliklərdən məsul şəxsləri məsuliyyətə cəlb etmək öhdəliyini də vurğulayırlar və təcavüz cinayətinə görə mühakimə olunmaq üçün müvafiq mexanizmin yaradılmasını təşviq edirlər.

Liderlər, əlavə sanksiyalar yolu ilə Rusiyaya qarşı kollektiv təzyiqi artırmaq və Ukraynanın bərpasını dəstəkləmək üçün kompensasiya mexanizminin maliyyələşdirilməsi variantlarını araşdırmaq ehtiyacı ilə də razılaşırlar.

Şimali Avropa ölkələri də müharibədən sonra Ukraynanın bərpasında iştirak etmək öhdəliyini ifadə edirlər.

Bəyanatda Ukraynanın və xalqının gələcəyinin Avroatlantik ailə çərçivəsində olduğu və AB-nin şimal üzvlərinin Ukraynaya islahat səyləri və giriş danışıqlarına erkən başlamaq üçün lazım olan tələbləri yerinə yetirmək üçün dəstək verəcəyi vurğulanır.

Bəyanatda həmçinin qeyd olunur ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsinə 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitdə baxılacaq.

Mətbuat konfransı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın NATO-nun 33-cü üzvü olmasına dəstəyini təsdiqləyib.(Turan)

Bənzər yazılar

Back to top button