Dünya

Ermənistanda etirazlar başladi: Kəndlər boşalır, cənab Paşinyan!

İrəvanda aksiyada iştirak edən Şirak vilayətinin Cacur kəndinin sakini Sahak Şiroyan baş nazirə hayqıraraq narazı əhalinin səsini hökumətə çatdırmaq istəyib

İşğalçı Ermənistanda mövcud olan acınacaqlı vəziyyət ölkədə hər gün etiraz aksiyalarının keçirilməsinə səbəb olur. Bu dəfə narazı əhalinin etiraz aksiyası Ermənistan hökumətinin binasının yaxınlığında keçirilib.

AzToday.az “news.am”-a istinadən xəbər verir ki, İrəvan və Ermənistanın müxtəlif bölgələrində yaşayan sakinlərin adından şikayətlərini ifadə edən Ermənistanın Şirak vailayətinin Cacur kəndinin sakini Sahak Şiroyan hökumət nümayəndələri ilə görüşmək istəyini dilə gətirib. Lakin onu qəbul edən olmayıb: “Şikayət edirik, suallarımız var, hökumət hər birimizi dinləməlidir”.

Əlacsız qalan Cacur kəndinin sakini S.Şiroyan jurnalistlərlə söhbətində bildirib ki, Ermənistanın Şəhərsalma Komitəsinin sədri Vahagn Vermişyan (xatırladaq ki, korrupsiyaya görə həbs edilən V.Vermişyan bu yaxınlarda vəzifəsindən azad edilib) kəndlərdəki evləri sökmək qərarına gəlib: “Daş evləri sökürlər, biz kənddən getmək istəmirik. Evin sökülməsindən sonra 60%-i dəyərində vauçer verilməsi, qalan 40%-i isə sonraya saxlanması barədə qərar qəbul edilib. Kənd sakinləri kəndi tərk etmək istəmirlər, bu vəsaitləri alıb kənddə qalmaq istəyirlər”.

İrəvanda aksiyada iştirak edən S. Şiroyan baş nazirə hayqıraraq narazı əhalinin səsini hökumətə çatdırmaq istəyib: “Kəndlər boşalır, insanlar şəhərə gedib orada ev alırlar. Kəndlər boşalır, cənab Paşinyan. Bir komissiya yaradın, gəlsinlər, görsünlər, insanların tələbatını ödəsinlər”.

Bənzər yazılar

Back to top button