İqtisadiyyatManşetÖnə çıxanlarSiyasət

Britaniya məhkəməsi: “Panama dosyesi”nin izi ilə

Azərbaycan prezidenti İlham Əliyevin qızları çox güman ki, pulların yuyulması ilə bağlı hərəkətlərə cəlb olunublar, Britaniya məhkəməsi bildirib. Bu barədə Guardian qəzeti məlumat verib. Leyla və Arzu Əliyevaların Londonda 60 milyon funt dəyərində daşınmaz əmlak almaq cəhdləri müstəntiqləri şübhələndirib.

Guardian-ın məlumatına görə, söhbət Londonun Naytsbric rayonundakı iki mənzildən gedir. Mənzillər Bukinhem sarayı kraliçasının iqamətgahının yaxınlığında yerləşir. Onların alınması üçün offşor şirkətdən istifadə olunması planlaşdırılıb. Həmin şirkəti britaniyalı hüquqşünas Xalid Şərif Panamanın Mossack Fonseca firmasından alıb.

Sövdələşmə 2016-cı ildə ləğv edilib. Mossack Fonseca (“Panama dosyesi” adlandırılıb) haqda araşdırmaların dərcinin yekunlarına əsasən Əliyevlər ailəsinin üzvləri külli miqdarda pulun yuyulmasında şübhəli biliniblər.

Xəbər verilir ki, məhkəmə X.Şərifin üzərinə 45 min funt cərimə ödəmək öhdəliyini qoyub. Çünki o, Əliyevlərin vəsaitinin mənşəyini yoxlamayıb. Britaniya qanunvericilyinə görə, əgər ölkədə daşınmaz alan şəslər bu ya digər şəkildə siyasətə bağlıdırsa, belə yoxlamalar məcburidir. Istintaqın məlumatına görə, X.Şərif bunu etməkdən imtina edib, Azərbaycan prezidentinin qızlarının siyasətə bağlı olmadıqlarını bəyan etməyi öz assistentinə həvalə edib.

2016-cı ildə Mossack Fonseca haqda araşdırmalar dərc olunduqdan sonra Əliyevlər ailəsi London, Moskva, Dubay və Praqada daşınmaz əmlak alınması üçün offşor şirkətlər şəbəkəsindən istifadədə şübhəli biliniblər, “Azadlıq” radiosu Guardian-a istinadən bildirib. (Turan.az)

Bənzər yazılar

Back to top button