Cəmiyyət

Pandemiya zorakılıqlara səbəb olur? (ŞƏRH)

“Pandemiya zorakılıqlara səbəb olur”.

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, xüsusi karantin rejimi insanlarda narahatlıq, gərginlik yarada bilər:

“Çünki karantinin özünün qaydaları və şərtləri olur. Ən əsası bəziləri bu şərtlərə uyğunlaşır, bəziləri uyğunlaşmaqda çətinlik çəkir. Bunun da müxtəlif səbəbləri var. Səhhətində problem olan, yaşlı insanlar, müəyyən psixoloji problemləri, narahatçılığı olanlarda karantin rejimi problem yarada bilər. Psixoloji narahatçılığı olan insanlara cəmiyyətə zidd şəxsiyyətlər deyirlər ki, bunlar qaydaları pozmağa meyilli olurlar. Tək karantin rejiminəd deyil, gündəlik həyatda da belədirlər. Məsələn, işıqforun qırmızı işığında keçməyi xoşlayırlar və s. Piyada üçün zolaq olduğu halda ordan deyil, başqa istiqamətdən keçməyə üstünlük verirlər. Bunun kimi bir çox qaydalara əks gedən insanlar var ki, onlar karantin qaydalarına zidd gedirlər. Bütövlükdə karantin rejiminin uzun müddət olmaması müəyyən qədər aqresiyanı azaldır”.

Elnur Rüstəmov qeyd edib ki, bəziləri karantin rejiminin tez yumşaldıldığını düşünür:

“Yaxud da əksinə, karantinin uzadılmasına etiraz edirlər. Konkret fəaliyyət proqramı var. Proseslər həmin fəaliyyət proqramı üzrə həyata keçirilir. Yəni, hər şeyin səbəbi var. Həmçinin müddət keçəndən sonra insanlarda uyğunlaşma formalaşır. Birinci karantin dövründə aqresiya çox idi. İkinci karantin dövründə isə birinci qədər aqresiya olmayacaq. Sadəcə, burada başqa problemlər ortaya çıxacaq. İnsanların bir qismi həftəsonu şəhərdən çıxacaqlar. Bu da şəhər kənarında yoluxma sayını artıracaq. Bu zəncirvari prosesdir. Digər ölkələrində də eyni proseslər baş verib.

Elnur Rüstəmov həmçinin bildirib ki, post-pandemiya dövründə zorakılıqların artması müşahidə olunacaq:

“Pandemiya dövründə yox, amma post-pandemiya dövründə zorakılıqların artmasının şahidi olacağıq. Xüsusi karantin dövründə intihar, ailədaxili zorakılıqların səviyyəsi aşağı idi. Çünki insanların bütün düşüncəsi karantinə, xəstəliyə yönəlib. Hamı virusdan qorunmağa çalışır. Ona görə də ailədaxili ziddiyətlər bir qədər arxa plana keçir”.

Psixoloq hər kəsi, hətta dövlət işində çalışanları da karantin dövründə dözümlü və təmkinli davranmağı çağırıb:

“Bu polisə də aiddir, səhiyyə işçisinə də, adi vətəndaşalara da. Biz görünməz düşmənlə mübarizə aparırıq. Düşmənlə mübarizədə bir-birimizlə savaşmalı deyilik. Bir-birimizə münasibətdə tolerant yanaşmağımızı tövsiyyə edərdim”.

Bənzər yazılar

Back to top button