İdman

Qaltye Messidən danışdı

PSJ-nin baş məşqçisi Kristof Qaltye Lionel Messinin komandadan uzaqlaşdırılmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, argentinalı hücumçu Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün iki həftəlik komandadan kənarlaşdırılıb. O, Fransa çempionatında”Trua” və “Ayaçço” ilə oyunları buraxacaq.

Mütəxəssis deyib: “Gəlin hadisələrin xronologiyasından başlayaq. Həftənin əvvəlində rəhbərlik mənə Lioneli komandadan uzaqlaşdırmaq barədə qərar verdi. Qərar barədə mənə məlumat verilən kimi, bu barədə şərh verməməyi öhdəmə götürdüm. Mən klubun işçisiyəm, qərar verilib, bu haqda fikir bildirmirəm.Qərara mən də əməl edirəm.

Lionel qayıdanda nə olacağını görəcəyik. Bütün klubla, həmçinin ən maraqlı tərəf olan Messi ilə müzakirələr aparılacaq”.

Qeyd edək ki, Messinin yayda PSJ-dən ayrılacağı iddia olunur. Onun adı “Barselona”, Səudiyyə Ərəbistanı və MLS klubları ilə hallanır.

Bənzər yazılar

Back to top button