Siyasət

Red Line Channel İnternet-TV öz ofisindən çıxarılır

İctimai-siyasi mövzularda proqramlar hazırlayan Red Line Channel İnternet resursu (https://www.youtube.com/@RLCaz) mayın 5-dən yayımını müvəqqəti dayandırıb. Bu barədə Turan-a kanalın baş redaktoru Samirə Qasımlı bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə RLC-in icarəyə götürdüyü yerin sahibi oranın boşaldılmasını tələb edib.

Binanın sahibi deyib ki, hansısa dövlət qurumu binadakı qəzalı vəziyyətlə əlaqədar RLC-nin oradan çıxarılmasını tələb edib.

Halbuki ki, bu binada 3 saylı dövlət poliklinikası və yaşayış mənzilləri də yerləşir.

“Son üç ayda biz yeni formata keçid – gündəlik xəbərlərə, ölkədə baş verən son hadisələrin operativ təhlililə canlı yayımlara keçid üzərində işləyirik.

Mətbuat azadlığının boğulduğu bir ölkədə müstəqil medianın mövcudluğu üçün maliyyə mənbələri tapmaq çox çətindir. Odur ki, RLC izləyicilərdən maliyyələşmə almaq modelinə keçmək qərarına gəldi. Ancaq vətəndaşlardan ianə almağımız hökumət üçün qırmızı xətt oldu. Müstəqil fəaliyyətin həyata keçirilməsi və maliyyə müstəqilliyi rəsmi təbliğatı təkzib etməyə imkan verir, həmçinin arzuolunmaz presedentlər yaradır. Məhz yeni formata keçdikdən sonra RLC – dən binanı tərk etmək tələb olunub”, – Qasımlı deyib.

O qeyd edib ki, bundan öncə də kanal öz proqramlarına görə ofisindən məhrum edilib. “Mart ayında bizim Facebook səhifəmizə haker hücumu oldu və bütün materiallar silindi. Onların bəzisi yüz minlərlə baxış toplamışdı”, – o deyib.

RLS 2019-cu ildən fəaliyyət göstərir. Təsisçi və baş redaktor Samirə Qasımlıdır. Televiziya siyasi-analitik proqramlarıyla tanınır.

Bənzər yazılar

Back to top button