İdman

Biz Messini yeyirik, getsə, çox sevinərəm – Bakıya gələn məşqçi

“Nant”ın baş məşqçisi Antuan Kombuare PSJ-nin Lionel Messini Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün cəzalandırmasına münasibət bildirib.

“Meydanda nə baş verdiyi məni maraqlandırmır, problemlər PSJ-nin özündədir. Bu oyunçuya heyranam. Messi nə edirsə etsin, ona toxuna bilməzsən. İndi bu oğlan yeyirik, ayıbdır… O getsə, çox sevinərəm. Biz ona layiq deyilik.

Messi mənim komandamın oyunçusu olsaydı, ona deyərdim: “Qabaqda ol, heç yerə qaçma, heç vaxt müdafiə olunma. Amma topu səndə olanda mən səni bütün şöhrətinlə oynadığını, əyləndiyini, parladığını görmək istəyirəm. Lakin bu, onun azarkeşi kimi mənim fikrimdir”, – Kombuare “Nant” – “Strasburq” matçından əvvəl keçirilən mətbuat konfransında bildirib.

Bənzər yazılar

Back to top button