Bizim seçimGündəmManşet

Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.

“Report”un Azərbaycanın Türkiyədəki səfirliyindən əldə etdiyi məlumata görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.

Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.

Bənzər yazılar

Back to top button