Cəmiyyət

Sabah Bakıda və bəzi rayonarda yağıntılı hava gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən yamursuz hava şəraiti,gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Bənzər yazılar

Back to top button