İqtisadiyyat

Azərbaycanda varlıların ən çox pul xərclədiyi lüks avtomobillər – Araşdırma

Azərbaycanda 2020-ci ilin birinci yarısında premium avtomobil markaları üzrə satışların həcmi məlum olub.

“MediaPost”un avtomobil bazarından əldə etdiyi məlumata əsasən 6 marka- Audi, BMW, Mercedes,Lexus, Land Rover və Porsche üzrə ümumi satışların həcmi 665 ədəd təşkil edib.

Ən çox satılan bahalı avtomobil Mercedes olub

Mercedes 38,95% bazar payı və ya 259 ədəd satışla bazarın lideri olub. Lexus 119 ədəd satışla (17,89% bazar payı) 2-ci, BMW 112 avtomobil (16,84%) sataraq 3-cü olub. Yanvar-iyun aylarında 100 ədəd Land Rover, 40 ədəd Prosche və 35 Audi satılıb.

“Audi”nin satışları 40%, “Lexus” və “Land Rover”in satışları isə 30% azalıb

Bununla belə pandemiya küləyi premium avtomobil bazarını da vurub. Xüsusilə də, bu ilin I rübü ilə müqayisədə II rübdə satışların həcmi 16,3% azalıb. 6 markadan 5-nin satışlarında azalma müşahidə edilib. Faizlə ən çox azalma “Audi”də olub -40%. Lexus və Land Rover-in satışları 30%, Prosche-nin satışları isə 18% azalıb. Rəqəmlə ifadədə ən böyük azalma isə Mercedes avtomobilləri üzrə olub. Markanın satışları ikinci rübdə 23 ədəd azalaraq 118 avtomobilə qədər düşüb.

BMW axına qarşı, 33%-lik artım

Maraqlıdır ki, pandemiya BMW avtomobillərinin satışına nəinki təsir edib, hətta bu dövrdə markanın satışları artan xətt üzrə davam edib. Belə ki, şirkət I rübdə 48 avtomobil satıbsa, II rübdə satışların həcmi 64 avtomobilə qədər yüksəlib. Bu isə 33% artım deməkdir.

Bənzər yazılar

Back to top button