GündəmHadisə

DTX Bakıda ermənilərin sifarişi ilə təxribat xarakterli videolar çəkən şəxsləri müəyyən edib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni xüsusi xidmətlərinin təxribatına cəlb edilmiş şəxsləri müəyyən edib.

Bu şəxslər Ermənistanın “Xaytarak” radikal qruplaşmasının sosial şəbəkələrdə yaydığı Bakıda aparılmış çəkilişlərə cəlb olunublar.

Bu qruplaşmanın emblemi ilə müxtəlif videolar çəkilib və bu yolla qrup Azərbaycanda şəbəkəsi olduğu haqqında təəssürat yaratmağa çalışıb. “Xaytarak” və “Erməni Ari dövləti” radikal qruplaşmalarının emblemi ilə Şəhidlər Xiyabanında da videolar çəkilib.

Əməliyyat-axtarış tədbirləri zamanı ailəsi ilə səyahət üçün Bakıya gəlmiş əslən Rusiyalı olan İtaliya vətəndaşı Yana Qutselyu, Azərbaycanda turizm sektorunda işləyən Yelena Lariontseva və etnik azərbaycanlı olan RF vətəndaşı Lalə Bayramova saxlanılıb.

Onlar sosial şəbəkələr vasitəsilə əməkdaşlığa cəlb edilib və pul müqabilində ermənilər üçün video çəkiblər.

DTX həmçinin Xaytarak teleqram kanalının təsisçisini və administratorlarını da müəyyən edib – bu, Rusiyada yaşayan Qurqen Torosyan, Sarkis Arutyunyan, İqor Akopcanyan və Artur Martirosyandır.

DTX xəbərdarlıq edib ki, bundan sonra da təxribatların və əhali arasında panika yaratmaq cəhdlərinin qarşısını qətiyyətlə alacaq və bütün təqsirkarlar məsuliyyətə cəlb ediləcək.

Bənzər yazılar

Back to top button