Dünya

Özbəkistanda nə baş verir..?

Özbəkistanda Konstitusiyaya edilən dəyişikliklər, ilk növbədə, sistemin özünün davamlılığıdır. Birinci prezident İslam Kərimovun dövründə Konstitusiya müntəzəm olaraq yenidən yazılırdı. Əsasən, bu alətin köməyi ilə birinci prezident ölənə qədər hakimiyyətdə idi. Konstitusiyaya edilən dəyişikliklərin və keçmiş referendumun iki məqsədi var: biri dərc olunaraq rəsmi elan edilir, ikincisi isə realdır. Rəsmi məqsəd islahatları davam etdirməkdir. Yeni Konstitusiya özbək islahatçılığının inkişafına təkan verəcək əsas qanun kimi təqdim olunur. Amma əsl məqsəd Mirziyoyevin ikinci səlahiyyət müddəti başa çatdığı üçün Özbəkistanda prezidentin hüquqi mövqeyini uzatmaqdır…

Bunda xüsusilə özbək, şərq və ya ekzotik bir şey yoxdur. Bu, dünyanın istənilən yerində istənilən avtoritar rejimin üzləşdiyi problemdir, hakimiyyətin ötürülməsi prosesini institutsionallaşdırmayan istənilən sistemin problemidir. Sistem hazırkı dövlət başçısına və ali rəhbərliklə əlaqəli şəxslərə zəmanət verəcək bir şey ortaya qoymağa çalışır. Bir çox başqa avtoritar rejimlərdə olduğu kimi Özbəkistanda da bir insanın dinc yolla hakimiyyəti tərk edib bütün hakimiyyəti ötürməsi təcrübəsi olmadığı üçün bu proses risklərlə doludur…

Varisi təyin etmə yolunda isə müəyyən bir oyun var ki, bunu Özbəkistan dövlətinin rəhbərliyi və PR maşını oynayır. Xəbərlərdə, rəsmi açıqlamalarda çox aktiv və zorakı olan müxtəlif adamlar getdikcə daha çox görünür. Və onların sayı daha çox olduğuna görə, ola bilsin, Mirziyoyevin özünə varis hazırlamaq haqda fikirləşdiyi haqda danışılıb. Söhbət, məsələn, Özbəkistan prezident administrasiyasının rəhbəri Sardor Umurzakovdan gedir, o, ümumilikdə prezidentin yaxın çevrəsindən kifayət qədər sadiq adamdır. Digər fiqur isə prezident administrasiyasında çalışan Mirziyoyevin qızı Səidədən də gedir, bundan əvvəl o, jurnalistlərin və blogerlərin hüquqlarının müdafiəsi fonduna rəhbərlik edib. O, sürətlə ictimai xadimə çevrilərək, Özbəkistan adından bir çox konfranslarda çıxış edir, Özbəkistanın nümayəndəsi kimi Qərb ölkələrinə, o cümlədən ABŞ-a səfər edir…

Özbəkistanda prezidentin nüfuzu getdikcə azalır. Bu, Mirziyoyevin birinci və ikinci prezidentlik müddəti arasında ziddiyyətin olması ilə bağlıdır. İqtisadi islahatlar, liberallaşma, biznesin aparılmasının sadələşdirilməsi, pul-maliyyə sisteminin sadələşdirilməsi – insanlar kiçik bizneslə məşğul olmaqla varlanmaq imkanı əldə edirlər. Birinci dövr Mirziyoyevin özü üçün çox yüksək bar qoymuşdu. Amma indi o problemlə üzləşib ki, bütün zərərsiz islahatlar demək olar ki, başa çatıb. Bundan əlavə, insanların daha yaxşı yaşamasına imkan vermək üçün siyasi sistemi dəyişmək lazımdır, nəzarət və tarazlıq sistemi üzərində işləmək lazımdır. Belə ki, nüfuzlu elita qrupları qarşısında həddindən artıq nüfuzlu inhisarlar görünməsin…

P.S. Özbəkistanda halhazırda 3 böyük siyasi KLAN mövcuddur. Buxara, Səmərqand və Taşkənt. Hazırda ən güclü və nüfuzlu olanlar Daşkənd və Səmərqənd klanlarıdır. Onların hər ikisi Özbəkistanın icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının strukturunda kifayət qədər geniş təmsil olunurlar. Ənənəvi olaraq, Səmərqənd klanı Daxili İşlər Nazirliyinə, Daşkənd klanı Özbəkistan Milli Təhlükəsizlik Xidmətinə təsir göstərir. Səmərqənd klanının əsas fiquru ölkənin hazırki rəhbəri Şövkət Mirziyoyevdir. Əziz dostlar Mərkəzi Asiyadakı siyasi qruplaşmalar və Klanlar haqqında digər yazılarımda sizi ətraflı şəkildə aydınladacam….

Pərviz Əliyev, politoloq

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button