GündəmHadisə

Ermənistan tərəfi Laçınla sərhəddə ekskavatora atəş açıb

“Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub”, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görüb.

Xatırladaq ki, aprelin 15-də bu bölgədə tərəflər arasında silahlı toqquşma baş verib. Nəticədə Azərbaycan tərəfdən 3, Ermənistan tərəfdən 4 hərbi qulluqçu ölüb.

Bənzər yazılar

Back to top button