İdman

“Real” mövsümü 12 milyon avroluq gəlirlə başa vurub

“Real” 2022/23 mövsümünün maliyyə hesabatını açıqlayıb.

Qol.az xəbər verir ki, klub hesabat dövrünü 12 milyon avro gəlirlə başa vurub.

Transferlər nəzərə alınmadan gəlir 843 milyon avro təşkil edib. Madrid təmsilçisinin gəlirlərinin əvvəlki mövsümlə müqayisədə 17% artdığı qeyd edilir.

Klubun xalis borcu 263 milyon avrodan 47 milyon avroya endirilib.

“Real”ın öz sərmayəsi il sonunda 558 milyon avro olub. Klubun maliyyə vəziyyəti stabil olaraq qiymətləndirilir.

Həmçinin qeyd edilir ki, “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması plana uyğundur. İşlərin əsas hissəsinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bənzər yazılar

Back to top button