Hadisə

Qubadlıda qaya parçalarının aşması fəhlənin ölümünə səbəb olub

Bu gün Qubadlıda işə gedən fəhlə üzərinə qaya parçaları aşması nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə mayın 8-i səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar keçirilən tədbirlər nəticəsində Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağında aşkar edilib.

İlkin ehtimala görə, o, üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Bənzər yazılar

Back to top button