Cəmiyyət

Bakıda külək əsəcəyi, bəzi rayonlara dolu yağacağı gözlənilir

Sabah, mayın 9-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Amma gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi yerlərində havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button