İqtisadiyyat

Abid Şərifovun “Evrascon”-u tenderdə 4 milyon uddu

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Ağır yüklər terminalının infrastrukturunun genişləndirilməsi” ilə açıq tenderə yekun vurub.

AzToday.az fed.az-a istinadla xəbər verik ki, qalib “Evracson” şirkəti (VÖEN: 1000085511) şirkəti olub.

Həmin şirkətlə 4 130 047 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, “Evrascon” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.

Şirkət 30.04.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Hüquqi ünvanı Az1006 Bakı şəh, Yasamal ray. Qurban Xəlilov, ev 8-də yerləşir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button