İdman
Endrik Braziliya millisinin tarixinə düşdü – Nə Pele bunu bacarmışdı, nə də Ronaldo
“Palmeyras”ın forvardı Endrik Braziliya milli komandasında növbəti qolunu vurub.
Fanat.az xəbər verir ki, gənc hücumçu İspaniya ilə yoldaşlıq görüşündə (3:3) meydana çıxdıqdan cəmi 4 dəqiqə sonra fərqlənərək özünün millidə 2-ci qolunu vurub.
“Ok Diario”-nun hesablamasına görə, 17 yaşlı futbolçuya 2 qol vurmaq üçün cəmi 49 dəqiqə meydanda olmaq kifayət edib ki, bu göstərici “Selecao” tarixində ən yaxşı nəticədir.
Braziliya millisində ilk 2 qol üçün Peleyə 64 dəqiqə, Ronaldoya isə 529 dəqiqə lazım gəlib.
Endrik cari mövsümün sonunda “Real Madrid”ə keçəcək. “Kral Klubu” onun üçün qarşı tərəfə 45 milyon avro ödəyəcək.