İdman

Rokkuzzo Messinin “Əl-Hilal”a keçməsinə qarşıdır

PSJ-nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokkuzzo futbolçunun “Əl-Hilal”a keçməsinə qarşıdır.

Qol.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. Argentinalı oyunçunun həyat yoldaşının üç azyaşlı oğlu ilə Səudiyyə Ərəbistanına köçmək istəmədiyi bildirilir.

Messi əvvəllər “Əl-Hilal”a keçmək imkanını ciddi şəkildə düşünüb. Hazırda 35 yaşlı hücumçu təklif etməyə tələsmir, çünki o, Avropada qalmağa üstünlük verir.

Messi Səudiyyə Ərəbistanından 2 ilə 600 milyon avro qazanacağı rekord təklif alıb.

Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bənzər yazılar

Back to top button