Hadisə

Polis maşınının şüşəsini sındırdı, serjantı xəstəxanalıq etdi – HACIQABULDA

Hacıqabulda əmrə tabe olmayan sürücüyə cinayət işi açılıb.

AzToday.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, aprelin 14-də saat 13 radələrində Bakı-Qazax yolunun 60-cı km-də qurulmuş postda Tərtər rayon sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. O, hərəkətini davam etdirərək Bakı-Qazax yolunun 113-cü km-də qurulmuş postda xidmət aparan Şirvan şəhər Polis Şöbəsinin Post Patrul Xidməti Bölyünün polis nəfəri, polis kiçik serjantı M.Mirzəlini vurub hadisə yerini tərk edib. M.Mirzəli sol əlinin bilək nahiyəsinin sınığı ilə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə E.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri N.Hüseynzadə və A.Fətəliyev avtomobillə birgə saxlanılıb. Araşdırma aparılması üçün Hacıqabul rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov rayon Polis Şöbəsinə məxsus xidməti “Ford” markalı avtomobilə əyləşdirilərkən arxa sağ şüşəni təpiklə sındırıb.

Faktla əlaqədar Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139 (zöhrəvi xəstəlikləri yayma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button