İdman

Messinin atası qəti qərarlarını açıqladı

PSJ-nin hücumçusu Lionel Messinin atası Xorxe Orasio Messi oğlunun gələcəyi ilə bağlı yalnız bu mövsümün sonunda qərar verəcəklərini açıqlayıb.

“Gələn mövsüm üçün heç bir klubla qətiyyən razılığa gəlməmişik. Yalnız Lionel PSJ ilə çempionluğu qazanıb, mövsümü başa vurduqdan sonra qərar verəcəyik. Mövsüm başa çatdıqdan sonra təhlil etmək və variantları nəzərdən keçirmək, vaxtı gələcək.

Şayiələr daim yayılır və bir çoxları populyarlıq naminə Lionel adını istifadə edir, ancaq bir həqiqət var. Və sizi əmin edə bilərik ki, mövsüm bitənə qədər heç kimlə heç nə imzalamaq, razılaşmaq, hətta şifahi razılaşmaq fikrində deyilik.

Media hörmətsizlik edir. Elələri var ki, bilərəkdən və bilməyərkdən yalan danışır, öz məlumatlarına dair heç bir sübut təqdim etmədən və öz maraqları naminə kiminsə yaydığı hər hansı şayiəni xəbərə çevirmək istəyir”, – deyə Messinin atası sosial şəbəkədə yazıb.

Bənzər yazılar

Back to top button