Siyasət

ABŞ Dövlət Departamenti Berlin görüşünü şərh etmədi

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller Berlində Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində baş tutacaq görüşü şərh etməyib.

Yeniavaz.com xəbər verir ki, M. Miller Ağ Evdə keçirilən ənənəvi brifinqdə jurnalistin “Xarici işlər nazirləri sabah (bu gün, 28 fevral – red.) Berlində görüşəcəklər. Bilirəm ki, Katib (Entoni Blinken) dekabr ayından onları burada, Vaşinqtonda, istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı görüşdən gözləntiniz nədir?” sualını belə cavablayıb:

“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik”.

Qeyd edək ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olacaq. Ceyhun Bayramov artıq Almaniyadadır.

Bənzər yazılar

Back to top button