Dünya

ABŞ əks hücum ərəfəsində Ukraynaya 1,2 milyard dollarlıq silah ayırıb

Çərşənbə axşamı Bayden administrasiyası Ukraynaya artilleriya, döyüş sursatları, RƏM raketləri və PUA-lar daxil olmaqla, 1,2 mlrd. dollarlıq silah ayrıldığını açıqlayıb. Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir.

Yardım bilavasitə Ukraynanın əks hücumundan əvvəl ayrılıb. Yeni silah partiyası “Ukrayna RƏM-in gücləndirilməsinə və uzaq gələcəkdə Rusiyanın təcavüzünün qarşısının alınmasına” yönəlib, deyə Pentaqonun bəyanatında bildirilir.

Xüsusən, Ukrayna çox sayda 155 mm-lik artilleriya mərmisi və maddi-texniki dəstək alacaq, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi general Pet Rayder bildirib.

“ABŞ Ukraynanın silah ehtiyaclarını və uzaq gələcəkdə təhlükəsizlik sahəsində tələbatını təmin etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edir”, deyə o bildirib.

Bayden administrasiyası sonuncu paket də daxil olmaqla, Kiyevə ümumilikdə 37 milyard dollarlıq hərbi yardım ayırıb.

Bənzər yazılar

Back to top button