İdman

Qurban Qurbanovla “Qarabağ”ın yeni transferi arasında gərginlik – RAPORT TƏLƏB ETDİ

“Qarabağ”ın legioneri Yassin Benzia yenidən sıradan çıxıb.

Əlcəzair kökənli yarımmüdafiəçi üçün mövsüm başa çatıb. Premyer Liqanın 32-ci turunun “Neftçi” ilə görüşünə (4:2) start heyətində başlayan, 81-ci dəqiqədə yerini Filip Ozobiçə verən orta sahə oyunçusu bu tur meydana çıxmadı.

Onun zədə səbəbindən “Qəbələ”yə qarşı oynamadığı məlum olub. Belə ki, Benziada ikinci dərəcəli dartılma müəyyən olunub.

Təkrar müayinə zamanı 20 günlük sıradan çıxdığı bilinib.

28 yaşlı Fransa vətəndaşı “Qarabağ”a gələnə qədər “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos”, “Hatayspor” və “Dijon”da oynayıb. Qışda Ağdam klubuna cəlb edilmiş Yassin tez-tez zədələndiyindən, meydana nadir hallarda çıxıb.

Onun komandaya istənilən qədər kömək edə bilməməsi Qurban Qurbanovu qayğılandırıb. Baş məşqçi bununla bağlı narahatlığını həm Benzianın özünə də, tibbi personala bildirib.

Təcrübəli mütəxəssis 3 illik müqavilə əsasında Azərbaycana gəlmiş keçmiş “Fənərbaxça”lının ümumi durumu barədə raport tələb edib.

Fransız mövsümün əvvəlini “Dijon”də boş keçirdiyi, oynamadığı üçün bədəninin hazırkı “yüklənməyə” dözmədiyini və sıraya dönmək üçün ona vaxt lazım olduğunu söyləyib.

Bənzər yazılar

Back to top button