Siyasət
Türkiyədə Azərbaycan HHQ-nin təyyarələri müasirləşdirilir

Azərbaycan HHQ-nin SU-25 döyüş təyyarələri Türkiyədə müasirləşdiriləcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir bildirib.
Azərbaycana məxsus SU-25 təyyarələri “ağıllı sistemlər və bəzi silah növləri ilə” müasirləşdiriləcək, deyə Türkiyənin DHA agentliyi Demirdən sitat gətirir.