İqtisadiyyat

FHN-nin idarəsi ilə nazirin şirkətin arasında 273 minlik müqavilə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “Qafqaznet” MMC ilə satınalma müqaviləsi bağlayıb.

Hit.az xəbər verir ki, maliyyə dəyəri 273.925,2 AZN olan müqavilədə əsas fondlara xidmətlər nəzərdə tutulur.

“Qafqaznet” MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğludur.

“Qafqaznet” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkətləri arasında rast gəlinir. Şirkətin əvvəlki hüquqi ünvanı da Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Holdinq”in baş ofisi olub. 2022-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib və güman ki, bu zaman şirkətin hüquqi ünvanı da dəyişib.

Mediada gedən məlumatlara görə, “Qafqaznet” MMC “Gilan Holding”in tərkibində fəaliyyət göstərir.

Şirkətinin əsas fəaliyyəti İT həllər, proqramlaşdırma, kommunikasiya (fiber-optik kabelləşmə, daxili şəbəkə, telefoniya, wifi zonaları, kabel tv və iptv, domofon), yüksək cərəyan üzrə elektrik işləri və avtomatlaşdırması, təhlükəsizlik xidmətləri (müşahidə kamera sistemləri, giriş-çıxışlara nəzarət sistemləri – turniket, şlaqbaum, bollard və s.), İnternet servis xidmətləri, Coğrafi İnformasiya Sistemlərin (Nəqliyyatın İzlənməsi Sisteminin, GPS) tətbiqi kimi sahələri əhatə edir.

Bənzər yazılar

Back to top button