İdman

Mourinyo: “PSJ deyəsən, hələ də məni tapa bilmir”

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdıracağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, mütəxəssis “Sky Sports”a açıqlamasında Paris təmsilçisinin onunla danışıqlar aparmadığını deyib:

“Əgər onlar məni axtarır? Deyəsən, hələ tapa bilməyib. Çünki PSJ mənimlə danışıqlar aparmayıb”.

Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından “Roma”nı çalışdırır. Komanda onunla birlikdə ötən il Konfrans Liqasının ilk qalibi olub. Portuqaliyalının romalılarla müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir.

Bənzər yazılar

Back to top button