İdman

“Neftçi” Emin Mahmudovla dil tapa bilmir: 20 gün ərzində razılıq əldə olunmasa…

“Neftçi”nin kapitanı Emin Mahmudovun gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir. Mövsümün sonunda “ağ-qaralar”la müqaviləsi başa çatacaq futbolçunun hansı addım atacağı maraq doğurur.

Aut.az-ın əldə etdiyi məlumata görə, mövsümün sonuna artıq sayılı günlər qalsa da, paytaxt təmsilçisi lideri ilə bağlı “düyünü” aça bilmir. 6 mövsümdür “Neftçi”də çıxış edən yarımmüdafiəçi klub rəhbərliyinin yeni müqavilə təklifini israrla qəbul etmir.

Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin tələb etdiyi məvacibdir. Təklif edilən illik 350 min dollarlıq maaşla razılaşmayan Mahmudov daha çox məvacib almaq istəyir. Bu barədə tələbini klub rəhbərliyinə çatdırıb.

Millimizin üzvü illik qazancının 500 min dollar olmasını istəyir. Bu məbləğ “ağ-qaralar”ı qane etmir. Hazırda klub rəhbərliyi ilə futbolçunun meneceri arasında danışıqlar gedir. Razılıq əldə olunan kimi Emin yeni sözləşməyə imza atacaq.

Mahmudov qarşıdakı 20 gün ərzində “Neftçi” ilə razılığa gələ bilməsə, digər təklifləri dəyərləndirəcək. Bizə məlum olan odur ki, futbolçu ölkə xaricinə, xüsusilə ailə üzvlərinin yaşadığı Rusiyaya üz tutmaqda maraqlıdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button