İdman

“Qarabağ”ın futbolçusu milli karyerasını bitirdi

“Qarabağ”ın futbolçusu Donald Gerye milli karyerasını başa vurub.

Fanat.az xəbər verir ki, Haiti millisinin üzvü bu barədə “Instagram” səhifəsində yazıb. 31 yaşlı cinah oyunçusu çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib. Gerye gənc yaşlarında Haiti millisində çıxış etməyi arzuladığını xatırladıb:

“Bu xəyalımı gerçəkləşdirdim və 55 dəfə komandanın formasını geyindiyim üçün qürur duyuram. Yaşadığım saysız-hesabsız anlar əbədi olaraq mənimlə qalacaq, səmimiyyətlə deyə bilərəm, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. Ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyi verdim. Geriya baxanda ömür boyu davam edəcək xatirələrim var, bunun üçün xoşbəxtəm. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım”.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Ötən yay “Neftçi”yə keçən futbolçu 2020/21 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.

Bənzər yazılar

Back to top button