İqtisadiyyat

Komitə aprel ayında bu məhsulların ucuzlaşdığını açıqladı – Siyahı

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 13,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6%, qeyri-ərzaq məhsulları üzrə 11,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 10,7% bahalanıb.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən verilən məlumatlara istinadən xəbər verir ki, hesabat dövrü ərzində qida məhsullarınən qiyməti 17,2%, spirtli içlikərin qiyməti 5,1%, tütün məmulatlarının qiyməti isə 4,3% artıb.
Bu ilin aprel ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya (mart ayı) nisbətən 0,3% bahalanıb.

Mart ayı ilə müqayisədə aprel ayında çörək, çörək məmulatları və yarmalar 0,5%, balıq və balıq məhsulları 0,6%, yumurta 2,8%, kərə və bitki yağları 0,6% ucuzlaşıb.

Aprel ayında ət və ət məhsulları 1,4%, süd və süd məhsulları 0,1%, meyvələr 2,3% bahalanıb.

Bənzər yazılar

Back to top button