Dünya

ABŞ Türkiyəyə Ukraynaya S-400 verməyi təklif edib

Amerika rəsmiləri türk həmkarları ilə məsləhətləşmələr zamanı Ankaranın S-400 zenit-raket komplekslərinin Kiyevə təhvil verilməsi ehtimalına toxunublar. Lakin, rəsmi olaraq belə bir təklif irəli sürülməyib. Bu barədə “Reuters” məlumat yayıb.

Eyni zamanda, analitiklərin fikrincə, “bu ideya Türkiyə tərəfindən şübhəsiz ki, rədd ediləcək”. Agentlik mənbələri qeyd ediblər ki, bu variant bir sıra səbəblərə görə, o cümlədən Ankaranın Moskva ilə münasibətləri pozmaq istəməməsi səbəbindən Türkiyə tərəfi üçün qəbuledilməzdir.

Agentlik bildirir ki, ABŞ rəsmiləri son həftələrdə Ankara ilə “gərginləşmiş münasibətləri yaxşılaşdırmaq” və Türkiyəni Vaşinqtonun orbitinə qaytarmaq üçün səylərini artırıblar. Bununla belə, bu sahədə konkret təkliflər hələ ki hazırlanmayıb.

Rusiya və Türkiyə 2017-ci ildə Moskvadan Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsidir.(virtualaz.org)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button