Siyasət

Bazar günü Əliyevlə Paşinyan Brüsseldə görüşəcək

Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə bazar günü – mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Financal times” məlumat yayıb.

Bildirilib ki, Avropa Şurası rəsmiləir, Azərbaycan və Ermənistan liderlərinin bu həftə sonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklərini deyiblər.

Qeyd olunub ki, qərb müttəfiqləri mübahisəli sərhədlərə görə qarşıdurmaların artmasından sonra münaqişədən əziyyət çəkən qonşular arasında vasitəçilik səylərini gücləndirirlər.

Avropa Şurası rəsmilərindən ikisi bildirib ki, üç liderin iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var.

Mişel və Əliyevin sözçüləri şərh verməkdən imtina ediblər.

Paşinyanın sözçüsü şərh sorğusuna cavab verməyib.

“Azərbaycan özünü Şarl Mişel missiyası ilə kifayət qədər rahat hiss edir, çünki Aİ-nin gizli gündəmi yoxdur”, – Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, Aİ prosesi danışıqlar və onların strukturu üçün “əsas konsepsiyalar” hazırlayıb.

“Çox güman ki, danışıqlarda Azərbaycanın Ermənistandan Qarabağa yeganə avtomobil yolu olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmaq qərarına diqqət yetiriləcək. Onlar həmçinin sərhədin demarkasiyası, məhbus mübadiləsi və “anklav”ı zibilləyən minlərlə minanın çıxarılması səyləri ilə bağlı müzakirələr aparacaqlar”, – nəşrin məlumatında deyilir.

“Yol açıqdır, lakin yol qanunsuz dövriyyə üçün bağlıdır”, – H. Hacıyev Laçın dəhlizində quraşdırılan nəzarət-buraxılış məntəqəsi barəsində deyib.

Hacıyev Bakının Moskva, Vaşinqton və ya Brüsseldə görüşlə bağlı “çevik” olduğunu bildirib və nəticənin əldə olunması üçün prosesin daha “inklüziv” olmasının vacibliyini qeyd edib:

“Rusiya regionda sülhün yaradılması prosesinə səmərəli töhfə verə bilər. Ancaq bu da bir həqiqətdir ki, Rusiya Ukraynadakı müharibə ilə çox məşğuldur”.

Bənzər yazılar

Back to top button