İdman

Avropa klub karyerasında ən çox qol vuran futbolçular – Siyahı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya futbolu tarixində Avropa klub karyerasında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, 13 futbolçunun yer aldığı sıralamaya hazırda PSJ-də çıxış edən Lionel Messi liderlik edir. 35 yaşlı hücumçu 702 qola imza atıb.

Kriştiano Ronaldo (hazırda “Əl-Nəsr”) 2-ci (701 qol), Jozef Biskan isə 3-cüdür (690 qol).

Avropa klub karyerasında ən çox qol vuran futbolçular:

1. Lionel Messi (Argentina) – 702 qol (2004-cü ildən indiyədək)

2. Kriştiano Ronaldo (Portuqaliya) – 701 qol (2002-2022-ci illərdə Avropada oynayıb)

3. Josef Biskan (Avstriya) – 690 qol (1931-1955-ci illər)

4. Ferens Puşkaş (Macarıstan, İspaniya) – 640 qol (1943-1966-cı illər)

5. Cimmi Cons (Şimali İrlandiya) – 636 qol (1947-1964-cü illər)

6. Co Bambrik (Şimali İrlandiya) – 608 qol (1926-1943-cü illər)

7. Abe Lenstra (Niderland) – 591 qol (1936-1963-cü illər)

8. Qlenn Ferqyuson (Şimali İrlandiya) – 563 qol (1987-2011-ci illər)

9. Cimmi Makqrori (Şotlandiya) – 540 qol (1922-1937-ci illər)

10. Fernando Peyroteo (Portuqaliya) – 539 qol (1937-1949-cu illər)

11. Gerd Müller (Almaniya) – 526 qol (1964-1979-cu illər)

12. Robert Levandovski (Polşa) – 515 qol (2008-ci ildən indiyədək)

13. Uve Zeeler (Almaniya) – 509 qol (1954-1978-ci illər)

Bənzər yazılar

Back to top button