Cəmiyyət

Hadı Rəcəbli ilə bağlı ŞOK məlumat yayıldı: Xəstəxanaya yerləşdirilib?

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən lider namizəd olmuş Hadı Rəcəblinin xəstəxanaya düşməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

AzToday.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Hadı Rəcəblinin infarkt keçirdiyi bildirilir.

Bunun hansı səviyyədə həqiqəti əks etdirib-etdirmədiyini demək çətin olsa da məlumat indiyə kimi təkzib olunmayıb.

Qeyd edək ki, fevralın 13-də MSK tərəfindən Hadı Rəcəblinin lider namizəd olduğu dairənin nəticələri ləğv edilmişdi.

Bənzər yazılar

Back to top button