GündəmManşetSiyasət

ABŞ Bakı və Yerevanı sülh prosesini davam etdirməyə çağırıb

Brüssel danışıqları ərəfəsində sərhəd boyunca baş verən atışmalarla əlaqədar cümə axşamı ABŞ Azərbaycanı və Ermənistanı sülh təşəbbüslərini davam etdirməyə çağırıb.

“Hesab edirik ki, bu zorakılıq Ermənistan və Azərbaycanın möhkəm və layiqli sülh yolunda əldə etdiyi irəliləyişə xələl gətirir. Hər iki ölkə liderini mayın 14-də Brüsseldə keçiriləcək görüşdə, dövlət katibi Blinkenlə müzakirə olunduğu kimi, sərhəd boyunca qüvvələrin ayrılması haqqında razılığa gəlməyə çağırırıq”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.

TURAN-ın Vaşinqtonun qarşıda duran dialoqu Vaşinqton danışıqlarının davamı kimi dəyərləndirib-dəyərləndirmədiyi haqqında sualına cavabda Patel belə deyib: “Biz təşkil etdiyimiz dialoqu mühüm, müsbət addım kimi dəyərləndiririk. Biz hiss edirdik ki, hər iki ölkənin bəzi mühüm məsələləri müzakirə etmək, digər tərəfin nöqteyi-nəzərini dinləmək imkanı var. Hesab edirik ki, bu problemin sülh yolu ilə həlli var, məhz buna görə dövlət başçısı bununla belə dərindən məşğul olmağa davam edir”.

Turan-ın Vaşinqtonun Bakı və Yerevan arasında dialoqun perspektivləri haqqında nikbinliyini şübhə altına qoyan RF XİN rəsmisinin şərhinə dair sualına cavabda Patel bildirib ki, Mariya Zaxarovanın fikri onu çox az maraqlandırır.

Vaşinqton “hesab edir ki”, irəliyə doğru aydın bir yol var. “Hesab edirik ki, Vaşinqton danışıqları məhsuldar olub və Brüsseldə danışıqların davamı üçün zəmin yaradıb”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button