Dünya

ABŞ-ın ATƏT-dəki səfiri Lukaşenko ilə “flört etməkdən” çəkinməyə çalışıb

Cümə axşamı ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycan da daxil olmaqla, iştirakçı ölkələri Belarusda insan hüquqlarının pozulması fonunda Lukaşenko rejimi ilə “flört və ya görüşlərdən” çəkinməyə çağırıb.

“Bütün tərəfdaşlarımıza Helsinki Yekun Aktında təqdim edilmiş əsas dəyərlərə sadiq qalmalı olduğumuzu başa salmağın vaxtı çatıb”, deyə səfir Maykl Karpenter cümə axşamı keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, bu cür repressiyalar həyata keçirən və “Rusiyanın Ukraynaya qarşı təcavüzünün iştirakçısı olan” ölkə ilə əməkdaşlıq “tamamilə qəbuledilməzdir”, deyə o, əlavə edib.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Belarusda ən az 1486 siyasi məhbus var.

İnsanlar təkcə sosial şəbəkələrdə nəşrlərinə görə deyil, yalnız telefonunda hakimiyyətin istəmədiyi məlumat mənbələrinə çıxış olduğuna görə həbs olunurlar.

“İnsanların yalnız Belarus dilində danışdıqlarına görə həbs edildikləri bildirilir, çünki bu, etiraz forması kimi qiymətləndirilir. Bu dərəcədə repressiyalar, göründüyü qədər, vətəndaş cəmiyyətinin və müstəqil fikirlərin tamamilə məhv edilməsinə yönəlib”, deyə Karpenter bildirib.

Bu həftə belaruslu bloger Nikolay Klimoviç həbsxanada ürək dərmanlarının verilməsindən imtina edildiyinə görə dünyasını dəyişib. O, sosial şəbəkələrdə Aleksandr Lukaşenkonun satirik karikaturasını yaymaqda ittiham olunurdu.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button