ManşetSiyasət

Yeni idarəçilik – yerdə qalanlar da Naxçıvanı tərk edir

Uzun illərdir Vasif Talıbovun qurduğu ədalətsiz sistemə, işsizliyə görə, onsuz da əhalinin yarıdan çoxu Naxçıvanı tərk etmişdi. Yerdə qalanlar isə, ya dövlət müəssisələrində, ya da Talıbovlara aid özəl iş yerlərində aşağı maaşla olsa da dolanışıq yolunu birtəhər tapıb, vətənlərini tərk etməyənlər idi. Naxçıvandakı hakmiyyət dəyişdikdən sonra isə, bu iş yerləri də kütləvi şəkildə bağlandı, yaxud onsuz da aşağı olan maaşlar yarıbayarı azaldıldı. Bu səbəbdən Naxçıvanda uzun müddətdir müşahidə olunmayan yeni immiqrasiya dalğası yaranıb. İş yerlərini itirən minlərlə naxçıvanlı çörəkpulu arxasınca xüsusilə qonşu ölkə Türkiyəyə üz tutur.

Bağlanan iş yerləri əsasən tikinti ilə əlaqəli dövlət və özəl müəssisələrinə aiddir. Şərur rayon sakinin Oruc Həsənov deyir ki, uzun müddət burada dövlət müəssisəsinə aid tikintidə çalışıb. Ötən ay tikintiyə aid iş yerləri kütləvi bağlandıqdan sonra, hamı kimi o da işini itirib:

“Hakimiyyət dəyişəndə sevindik ki, yeni iş yerləri açılacaq, maaşlar artacaq. Təssüf ki, tam əksinə oldu. Əvvəlcə, bir neçə ay maaşımızı vermədilər, bu yaxınlarda isə, dövlətə aid tikinti idarələrini ləğv etdilər. Bu səbəbdən yüzlərlə fəhlə və usta işsiz qaldı. Maaşımız da batıb getdik. İş üçün müraciət etsək də heç yerdə təmin etmədilər. Məşğulluq idarəsinə də yazılmışam, deyirlər, gözlə. Gözləməklə də olmur. Borc üstünə borc gəlir. Kifayət qədər borclanmışam. Ona görə də qərara gəldim ailəmi çörəklə təmin etmək, borclarımı qaytarmaq üçün Türkiyəyə işləməyə gedəm. O üzdən Naxçıvanı tərk etdim. Başqa çıxış yolu yox idi. Bir müddət sonra ailəmi də gətirəcəm, Naxçıvanla biryolluq üzülüşək. Tək mən deyiləm, son vaxtlar 10-larla ailə tərk edib buranı”.

Əvvəllər „Cahan Holdnq“ə aid daş sexlərinin birində işləyən Babək rayon sakini Bəhruz Quliyev deyir ki, maaşları aşağı salındığından, işini atıb, Türkiyəyə getməyə məcbur olub:

“Hakimyyət dəyişəndən sonra, holdində əl də dəyişdi. Əvvəlkilər bizə qarşı haqsızlıqlar edirdi, ucuz qiymətə işlədirdi. Yeni gələnlər isə, bizimlə tam qul kimi davranmağa başladılar. Həftə sonları işləməyə məcbur etdilər, onsuz da aşağı olan maaşımızı azaltdılar. O pulu da heç vaxtında vermirlər. Şirkətdəki bütün müəssisələrdə eyni vəziyyətdir. Bu səbəbdən, onlarla, bəlkə yüzlərlə işçi normal iş dalınca ya Bakıya, ya da Türkiyəyə üz tutub. Mən də onların içindəyəm. Vasif Talıbovun haqsızlıq, ədalətsizliyinə görə Naxçıvan boşalmışdı. 5-10 nəfər yerdə qalmışdı ki, onları da yeni gələn qaçırdır”.

27 il Naxçıvana rəhbərlik etmiş, vaxtilə dünyadakı ən yırtıcı diktatolar siyahısına daxil edilmiş Vasif Talıbov ötən ilin dekabrnda öz ərizəsi əsasında bu vəzifədən azad edilib. Bundan sonra prezidentin Naxçıvan üzrə xüsusi nümayəndiliyi yaradılıb. Prezidentin fərmanı ilə Fuad Nəcəfli Naxçıvan üzrə xüsusi nümayəndə təyin olunub.(Gündəlik Naxçıvan)

Bənzər yazılar

Back to top button