Hadisə

Direktorun islahatı Tədris Cərrahiyyə Klinikasını “batırır” – RƏZALƏT

Məlum olduğu kimi, Türkiyənin Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili-tibbi yardım kafedrasının dosenti Mücahit Avcil, xeyli müddətdir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyəli “mütəxəssis” ötən ilin oktyabr ayının 11-də kollektivə təqdim olunub, amma bu təyinat sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı.

Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilın adının Türkiyə mediasında neqativ işlərdə hallanması, eyni zamanda bu şəxsin qardaş ölkədə daşıdığı vəzifəsindən qalmaqallı şəkildə istefa verməsi, məhz geniş ictimai müzakirələrə səbəb olmuşdur. Ötən il mətbuatda daha çox müzakirə olunan məsələlərdən biri də, Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunan Mücahit Avcilın, keçirilən təqdimat tədbiri zamanı stol üstündən su butulkasını götürərək başına çəkməsi və kollektiv qarşısında gülməli vəziyyətə düşməsi olur. Həmçinin cumhuriyyet.az-a daxil olan məlumata görə, bu şəxsin kadr siyasəti də birmənalı qarşılanmır və Mücahit Avcil Türkiyədən olan yaxın dostu İlhan bəyi, bir müddət bundan əvvəl heç bir əmr-filan olmadan Tədris Cərrahiyyə Klinikasına qeyri-rəsmi nəzarətçi təyin edib. Gülməli olsa da qeyd edək ki, heç bir vəzifə daşımayan İlhan bəy Tibb Universitetinin professoruna “əmr” verir. Bu da universitetdə normal qarşılanmır. Bununla bağlı cumhuriyyet.az-a danışan mənbə bildirir ki, Tədris Cərrahiyyə Klinikasının ilk yaradıcılarından olan professor Sədrəddin müəllimə bu şəxsin “əmr” verməsi kollektiv arasında böyük narazılıq yaradıb. Konfliktin səbəbi isə Tədris Cərrahiyyə Klinikasının dəhlizlərində gəzən pişiyi, professorun protokollaşdıraraq bayıra çıxartdırması olur. Bu səbəbdən də, İlhan bəy Sədrəddin müəllimə “əmr” verir. Qeyd edək ki, bu Klinikada baş verən qeyri-adi hadisələr heç də bütün bunlarla yekunlaşmır. Məsələn, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Mücahit Avcil laboratoriya müdirini işdən çıxarıb və həmin şəxsin yerinə iş bacarığı olmayan Elxan adlı birisini təyin edib. Daha utandırıcı hal ondan ibarətdir ki, bu gün Tədris Cərrahiyyə Klinikasında idarəçilik elə bərbad formada həyata keçirilir ki, burada çalışan professorlar, dosentlər və həkimlər özəl klinikalara üz tuturlar və onlar cərrahiyə əməliyyatlarını həmin səhiyyə müəssisələrində həyata keçirirlər. Yalnız iki şöbənin müdiri, yəni trovmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli və oftamotologiya şöbəsinin müdiri Qurban İsmayılov, həm xəstələrin müayinə və müalicə işlərini, həm də cərrahiyə əməliyyatlarını Tədris Cərrahiyyə Klinikasında həyata keçirirlər. Bu da onu söyləməyə əsas verir ki, Mücahit Avcilın “nataraz idarəçiliyi” bu Klinikanın “bel sütunu”nu məhv edir. Bundan əlavə, Tədris Cərrahiyyə Klinikasında təcrübəsizlik halları o qədər baş alıb gedir ki, hətta laboratoriya müayinələrinin nəticələrindən həkimlər də narazılıq edirlər. Bu Klinikanın təsərüfat işləri üzrə müavini də başını götürüb qaçıb və Razik adlı maliyyə şöbəsinin müdiri isə, daşıdığı vəzifəsindən istefa verib. Az sonra bu şəxs çalışdığı müəssisədən baş götürüb gedib. Düşündürücü hal odur ki, İlhan bəy Klinikada rəsmi vəzifə sahibi olmasa da, bu şəxs birinci mərtəbədəki kassada və qeydiyyat şöbəsində çalışan gənc xanımlarla gün ərzində “laqqırtı vurur” və günlərini belə bir formada keçirir.

Yeri gəlmişkən Türkiyə mətbuatında Azərbaycanda direktorluğu ələ keçirən bu şəxsin keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. Məsələn, mətbuatda o zaman baş həkim vəzifəsində olan M. Avcilin AK partidən olan millət vəkilinin qarşısında təzim etməsi ilə də tənqid hədəfi olub.

Həmçinin “Cumhuriyet”in yazdığına görə 2016-cı ildə Uşak Tədris və Araşdırma Xəstəxanası rəhbərliyinə gəlməsindən sonra həkimlərin bir qismi işdən çıxıb, bəzi işçilərlə müqavilə yenilənmədiyinə görə xəstəxananın işində axsama yaranıb. “Sözcü” qəzetində isə M. Avcilin baş həkim olduğu dövrdə bir ildir əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq artdığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanır.

Bənzər yazılar

Back to top button