Siyasət

Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli sammiti keçiriləcək

Bazar ertəsi Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Çavuşoğlu və Meredov Aşqabadda keçiriləcək Türkmənistan, Türkiyə və Azərbaycan sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu danışıqların yekunlarına dair brifinqdə bildirib ki, sammitdə siyasət, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində beş dövlətlərarası saziş imzalanacaq. O, sammitin vaxtını açıqlamayıb.

Çavuşoğlu enerji layihələrinin – “Şərq-Qərb” enerji dəhlizinin genişləndirilməsinin, o cümlədən Transxəzər marşrutunun həyata keçirilməsinin, Türkmənistana Türkiyə investisiyalarının artırılmasının vacibliyini qeyd edib.

Çavuşoğlu Türkmənistan, Türkiyə, Azərbaycan və digər region ölkələrinin iştirakı ilə çoxtərəfli regional layihələrin reallaşmasına çağırıb.

Bənzər yazılar

Back to top button