ManşetSiyasət

Zakir Fərəcovun qırılan qələmi və istintaq qorxusu

Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında icra başçılarının da yer alacağı bildirilir. Azərbaycanda icra başçılarının 70-80 faizi dəyişdirilməlidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Çünki nə yeni iş yerləri açılıb, nə yeni iş imkanları yaradılıb. Nə gənclər, nə də ahıllar üçün şərait qurulub. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq hər səhər Sumqayıtdan Bakıya, axşam da Bakıdan Sumqayta avtomobil axını olur. Bu o deməkdir ki, Sumqayıt sakinlərinin hamısı Bakıda işləyir. Sumqayıtlılar Bakıda işləyirsə, onda şəhərin icra başçısı nə işlə məşğuldur. Niyə iş yerləri açıb, investisya cəlb edə bilmir? Niyə beynəlxalq maliyyə imkanlarını ora cəlb etmir?

Təkcə Sumqayıtdan söhbət getmir. Bundan qabaq Naxçıvan üçün də deyilirdi ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib. Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bu heç kəsdə təəccüb yaratmaz. Ölkə də Naxçıvanda və Sumqayıtda uzun müddət “Bravo” mağazalar şəbəkəsinin qurulmaması da müəyyən ehtimallar yaradır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yanvar ayı ərzində yola salınacağı gözlənilir. Diqqətçəkən bir məqamı da vurğulayaq ki, Zakir Fərəcovun son zamanlar iri borca düşməsi, bu səbəbdən də Sumqayıt şəhərində abadlıq işlərini həyata keçirən sahibkarların pullarını verə bilməyib. İddialara görə, bu borcun ümumi məbləği 46 milyon manatdır. Borc sahibləri arasında isə yerli sahibkarlarla yanaşı, çinli və türk iş adamlarının olduğu deyilir. Bundan başqa, Zakir Fərəcovun sahibkarlara külli miqdarda borcunun olması barədə də qeyd etmişdik. Fərəcov Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina edir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir.

Borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib. Sahibkarlar bununla bağlı dəfələrlə dövlət başçısına, lazımi qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Fərəcov isə qəbul etdiyi sahibkarları yola vermək üçün müxtəlif variantlardan istifadə edir.

Şikayətçilər bildirirlər ki, ümumi sahəsi 105 hektar olan Sumqayıt Bulvarının inşasına 2016-cı ilin martında başlayıblar. İlkin mərhələdə 624 nəfər canlı qüvvə, onlarla texnika cəlb olunub. Deyilən vaxtda isə işlər tam təhvil verilib. “Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır. Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik”.

İş adamları dövlət başçısına ünvanladıqları şikayət məktubda deyirlərki, işə ilk başladıqlarında onlara veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. “Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir. Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi”.
Bütün bunlarla yanaşı, Zakir Fərəcovun malik olduğu sərvətin də siyahısının yayılması işi lap düyünə salıb. Meydan.TV-nin yaydığı həmin məlumatda qeyd edilir ki, Fərəcovun çoxlu sayda mülkləri, obyektləri və ciddi gəlir mənbələri var. TV bildirir ki, icra başçısı maaşı ilə bu qədər əmlaka sahib olmaq mümkün deyil. Ona görə də, onun mülkləri ilə bağlı araşdırmanın zəruriliyi vurğulanıb. Mənbə onu da bildirir ki, indiki həssas məqamda Zakir Fərəcovdan bu qədər şikayətin olması hakimiyyət dairələrinə də sərf etmir. Ona görə də, Fərəcovun Sumqayıtın icra başçısı vəzifəsindən azad edilməsi real görünür.Bu prosesdən Fərəcov özü də xəbərdardır. Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır. Hazırda onun üçün ən ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır. Bütün hallarda Zakir Fərəcov və onun “maliyyə işlərini” aparan isə keçmiş “kamaz şoferi” şəhərin memarı Adil Xudadatovun məsuliyyətdən yaxa qurtaracağı real görünmür.

Bənzər yazılar

Back to top button