İqtisadiyyat
Azərbaycan haradan və nə qədər elektrik enerjisi istehsal edir? – Cədvəl

Bu ilin ilk 4 ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 612 milyon kVt/saat və ya 6,6 % artaraq 9 852,1 milyon kVt/saat olub.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 94%-i və ya 9 266,1 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 6%-i və ya 586 milyon kVt/saatı isə bərpa olunan mənbələrinin payına düşüb.
Müqayisə üçün qeyd edək ki, son 2 ilin yanvar-aprel aylarında elektrik enerjisi istehsalı aşağıdakı kimi olub:
2022-ci il Yanvar-aprel |
2023-cü il Yanvar-aprel |
|
İstilik Elektrik Stansiyaları (İES) | 8 621,3 milyon kVt/saat | 9 266,1 milyon kVt/saat |
Su Elektrik Stansiyaları (SES) | 492,6 milyon kVt/saat | 462 milyon kVt/saat |
Külək Elektrik Stansiyaları (KES) | 32,2 milyon kVt/saat | 21,4 milyon kVt/saat |
Günəş Elektrik Stansiyaları (GES) | 18 milyon kVt/saat | 19,1 milyon kVt/saat |
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ) | 76 milyon kVt/saat | 83,5 milyon kVt/saat |
CƏMİ | 9 240,1 milyon kVt/saat | 9 852,1 milyon kVt/saat |