İdman

“Qalatasaray” PSJ-nin daha bir ulduzunu transfer edir

Türkiyə Super Liqasının lideri “Qalatasaray” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir…

Poliqon Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” PSJ-nin futbolçusu Renato Sançeşi transfer etməyə yaxındır. Mövsümün əvvəlində 15 milyon avroya “Lill”dən transfer olunan 25 yaşlı yarımmüdafiəçi Paris klubunda əsas heyət oyunçusuna çevirilə bilməyib və müntəzəm oynaya biləcəyi bir komandayua keçmək istəyir. “Qalatasaray”ın menecerləri vasitəsilə əlaqə saxladığı Renati Sançeş “Cim Bom”a müsbət cavab verib.

Renato Sançeşi icarəyə götürməyə çalışan “sarı-qırmızılılar” müqaviləyə gələcəkdə onun transfer hüququnu almaqla bağlı maddə daxil etməyə çalışacaq. Belə ki, klub onun çıxışından razı qalsa, heç bir danışıq aparmadan ulduz futbolçunu öz istəyi ilə heyətdə saxlamaq imkanı yaranacaq.

PSJ və “Lill”dən əvvəl “Bavariya”, “Suonsi” və “Benfika” kimi klublarln formasını geyinən Renato Sançeş Portuqaliya milli komandasındakı yerini itirməmək üçün yenidən daim oynayacağı kluba keçmək niyyətindədir. “Qalatasaray”ın növbəti mövsüm Çempionlar Liqasında oynamaq şansı çox olduğundan onun seçimi İstanbul klubu olub.

“Qalatasaray” rəhbərliyi Renato Sançeşin icarə prosesi zamanı Mauro İkardidən yararlanacaq. Argentinalı futbolçu da “Cim Bom”a məhz PSJ-dən gəlib.

Qeyd edək ki, cari mövsümdə keçirdiyi 24 oyunda 2 qol vuran Renato Sançeş. “Transfermarkt” 20 milyon avro qiymət qoyub. 25 yaşlı yarımmüdafiəçi indiyədək Portuqaliya millisinin formasını 32 dəfə geyinib və 3 qol vurub.

Bənzər yazılar

Back to top button