GündəmManşetÖnə çıxanlarSiyasət

İlham Əliyev səfirləri qəbul edib

Mayın 31-də prezident İlham Əliyev İslamda müqəddəs sayılan Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev diplomatlara müsəlman dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini söyləyib.

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox uğurludur. Biz digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik”, – deyə İ.Əliyev bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasına görə, bu il Ramazan ayı mayın 17-də başlayıb. Ramazan bayramı isə iyunun 15-i və 16-na təsadüf edir.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır.

“Quran-i-Kərim”də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər.

Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır.

Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Bənzər yazılar

Back to top button