Hadisə

ADAU-da nələr baş verir? – İLGİNC İDDİALAR…

Xatırladaq ki, biz dəfələrlə aktualxeber.az-da Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş verən qanunsuzluqlar haqda tənqidi məqalələr dərc etmişik. Redaksiyamıza yeni məlumatlar daxil olubdur. Belə ki, təxminən 10 gün bundan əvvəl ADAU-nun menecment ixtisasının məzunu olmuş və hal-hazırda Gəncədə yerləşən Kəpəz TV-də işləyən Valeh Əsədov adlı şəxs öz facebook səifəsində rektor İbrahim Cəfərov və ADAU-dakı yarıtmaz təhsil barədə status paylaşmışdır.

Bu mətni oyuyaraq hiddətlənən rektor dərhal dostu deputat Naqif Həmzəyevlə birlikdə Kəpəz TV-yə gedərək müdirini və V. Əsədovu çağıtdırıb, işdən çıxartdıracağı ilə hədələyərək yazını gecəylə sildirmişdir. Onu da qeyd edək ki, tələbəlik dövründə Valeh Əsədov ADAU-nun Tələbə Gənclər Təşkilatına rəhbərlik etmişdir və orada baş verənlərə daha yaxın bələd olan şəxslərdəndir.

Bundan əlavə bir neçə gün bundan əvvəl Aqrotexnologiya korpusunda marketinq ixtisasında II kursda oxuyan tələbəni dekan Əfqan Hüseynovun tapşırığı ilə, korpusun həyətində ADAU-nun işçiləri döymüşlər.

Bu hadisədən xəbər tutan rektor İbrahim Cəfərov məsələni aydınlaşdırmaq və günahkarları cəzalandırmaq yerinə, tələbənin ADAU-dan qovulmasını tapşırır. Məsələni bilən tələbənin valideyni hər yerə şikayət edəcəyini və onun oğlunun günahsız olduğunu təkidlə bildirdikdən sonra, rektor tələbəni qovmaq fikrindən daşınır.

Bu faktın özü ADAU-da anarxiyanın hökm sürdüyünün bariz nümunəsidir. Ümidvarıq ki, əlaqədar təşkilatlar zamanında lazımi ölçü götürəcək və günahkarları cəzalandıracaqlar.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Bənzər yazılar

Back to top button