Cəmiyyət

Abdin Fərzəliyevin və oğlunun bahalı saat kolleksiyası: ev qiymətinə… (FOTO)

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev saatı ilə diqqət çəkib. Saat həvəskarı olan icra başçısı “Rolex” markasına üstünlük verir. A.Fərzəliyev “Rolex” markasının “Celine Moon Phase” modelinə aid saat taxır. Həmin saatın sözügdən modelinin qiymətləri 45.000 AZN ilə 63.000 AZN arasında dəyişir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, icra başçısının saat kolleksiyasında ən bahalı saatlardan saylan “Patek Philippe” və İWC kimi saat markaları da mövcuddur. Sözügedən hər iki saatın ən ucuz qiyməti isə Bakıda 1 otaqlı mənzilə bərabərdir.

Xatırladaq ki, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə aşağıdakı məbləğlərdə müəyyən edilib: Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat, əhalisinin sayı 50 min nəfərədək olan rayon icra başçıları isə 880 manat məvacib alır. Yerli icra hakimiyyəti başçılarına da maaşlarının 25 faizi məbləğində əlavə aylıq pul təminatı edilir. Məsələn, Bakı şəhər icra başçısı 1925 manat məvacib alırsa, üzərinə 481 manat əlavə aylıq pul təminatı olunur. Bu da toplam 2406 manat edir.


Xatırladaq ki, bir müddət öncə Abşerob Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat sa müzakirələrə səbəb olmuşdu. Şəkildə gördüyünüz, əlində iki bağlama (20 min) dollar tutub poz verən şəxs Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin oğludur. Lakin şəkildə diqqət çəkən digər bir məsələ də var. Əsas diqqəti Abdin Fərzəliyevin oğlunun qolundakı saat çəkir. Cumhuriyyet.az-ın araşdırması nəticəsində məlum olub ki, bu saat «Audemars Piguet” markasına aiddir və qiyməti ABŞ valyutası ilə 79 000 dollardır (134 000 manat). Türk satış saytlarında isə saat 560 268 TL-yə satılır. (Azərbaycan manatı ilə 146 566 manat+170 manat çatdırma pulu). Qeyd edək ki, internet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, həmin markalı saatların qiyməti 5 900 dollarla 1 milyon dollar arasında dəyişir.

Bənzər yazılar

Back to top button