Siyasət

Samvel Babayan Qarabağda hakimiyyətə gəlmək və doğum sayını artırmaq istəyir

Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan açıq şəkildə bildirib ki, Qarabağda hakimiyyəti ələ keçirmək istəyir.

Bu gün onun tərəfdarlarının böyük bir qrupu Xankəndidə mitinq keçirərək “prezident” Araik Arutyunyandan Babayanın “dövlət naziri” təyin edilməsini tələb edib.

Mitinq zamanı Samvel Babayan vəziyyətdən çıxış yolu ilə bağlı öz baxısını təqdim edib. Əsasən o, peşəkar ordu yaradılmasına, doğum sayının artırılmasına və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına çağırıb.

O, bütün bunlara necə nail olunacağını açıqlamayıb, ancaq vəd edib ki, hakimiyyətə gəldiyi ilk 100 gün ərzində nəticəni təmin edəcək.

Sonra mitinq iştirakçıları bəyanat qəbul edərək “prezident” Araik Arutyunyanı Samvel Babayanı “dövlət naziri təyin etməyə və hərbi vəziyyətlə əlaqədar ona müvafiq səlahiyyətlər verməyə” çağırıblar.

“Parlamentin sədri” Artur Tovmasyan mitinqçilərin qarşısına çıxaraq onların tələblərini Arutyunyana çatdıracağını və “siyasi məsləhətləşmələrə” başlayacağını vəd edib.(Turan)

Bənzər yazılar

Back to top button