İdman

Rusiyalı mütəxəssis: “Lunyov olmasaydı, “Qarabağ” 18 qol buraxardı”

Rusiya millisinin sabiq futbolçusu Vladislav Radimov ölkə xaricində legioner həyatı yaşayan həmyerlilərinin avrokuboklardakı çıxışlarını qiymətləndirib.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Qarabağ”ın formasını geyinən Andrey Lunyovun Avropa Liqasının qrup mərhələsindəki performansını da dəyərləndirib. Onun fikrincə, Ağdam təmsilçisinin pley-offa yüksəlməsi uğurlu nəticədir.

Radimov Lunyovun oyununu da yüksək qiymətləndirib: “Andrey Lunyov qrup mərhələsinin oyunlarında iştirak etdi və komandası Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəldi. Lunyova görə çox şadam. Bu, dəyərli uğurdur. “Qarabağ”ın “Bayer”lə səfər oyununa baxdım. 5 qol buraxdılar, amma Lunyov olmasaydı, yəqin ki, “Bayer” 18 qol vurardı”.

Qeyd edək ki, “Qarabağ” H qrupunda 10 xalla ikinci yeri tutaraq, pley-offa yüksəlib. Həmin mərhələdəki rəqib isə bu gün keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Bənzər yazılar

Back to top button